Su analizi
Kənd təsərrüfatında mühüm parametrlərdən biri suvarma suyunun keyfiyyətidir. İstixanaların və bağların məhsuldarlığı su keyfiyyətindən asılıdır. Kənd təsərrüfatı işlərinə başlamazdan əvvəl suyun keyfiyyəti haqqında tam məlumat su ilə bağlı bütün riskləri düzgün qiymətləndirməyə köməklik edəcəkdir. Laboratoriyamızda suyun keyfiyyətinin kimyəvi və bioloji parametrləri qiymətləndirilir.





Torpaq analizi
Torpaq bitkilərin böyüməsi və inkişafı üçün ən vacib amildir. Əkin etməzdən əvvəl torpağın kimyəvi analizi torpağın keyfiyyətini qiymətləndirməyə və məhsullunuz üçün ən yaxşı keyfiyyətə nail olmaq üçün gübrə səviyyəsini tənzimlənməsində köməklik edəcəkdir. Torpağın təhlili yalnız əkinin ilkin mərhələsində deyil, eyni zamanda bitkilərin vegetativ inkişafı periodunda gübrənin monitorinqi üçün vacibdir. Torpaq analizi şirkətlərə və fermerlərə ən yaxşı məhsul nəticələrini əldə etməyə köməklik edir.





Bitki qida maddəsi
Substrat, bitki üzərində nəzarəti təmin etmək və məhsuldarlığı artırmaq üçün torpağın əvəzedicisidir. Bitki nəzarəti qida məhlullarının balanslaşdırılmış suvarılması ilə təmin edilir. Əvvəlcədən vaxtında təhlil bitkinin vəziyyəti haqqında məlumat verəcək və qidalanmada düzəlişlər etməyə köməklik edəcəkdir. Nəticələrin təhlili və emalı üzrə Hollandiya texnologiyası problemlərin azaldılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün aqronomlara və fermerlərə sadiq köməkçidir.






Bitki analizi
Bitki yarpaqlarının təhlili məhsuldarlığın idarə edilməsində dəyərli köməkçidir. Bitki yarpaq analizi aqronomlara gübrələrin və ətraf mühit faktorlarının bitkilərə təsirini başa düşməyə kömək edir. Gübrə çatışmamazlıqlarının diaqnostikasını və becərmədə əla nəticələri əldə etmək üçün torpaq analizi məlumatı ilə birlikdə kimyəvi analiz tövsiyə olunan yanaşmadır.




Bioloji analiz (Bitki / Torpaq / Su)
Son illər fermerlərin məhsuldarlığına həm iqlim şəraiti, həm də geniş yayılmış virus və bakterial xəstəliklər təsir göstərir. İstixana və bağlarda xəstəliklərin sürətlə inkişafı və onlarla mübarizənin çətinliyi onları kənd təsərrüfatı məhsulları üçün son dərəcə təhlükəli edir. İlk simptomlarda xəstəliklərin dəqiq aşkarlanması və düzgün seçilmiş mübarizə üsulu məhsulun təhlükəsizliyini təmin edəcəkdir. Sizə ən qısa müddətdə xəstəlik haqqında məlumat vermək üçün laboratoriyamız Hollandiya və Amerika üsullarından istifadə edir.
- Viruslar
- Bakteriya
- Göbələk xəstəlikləri









Nematod
Bitkilər üçün ən təhlükəli parazit zərərvericilərdən biri nematodlardır. Mikroskopik ölçüdə və bir neçə ay ərzində sürətlə çoxalan nematodlar istixana komplekslərində, meyvə bağlarında və sahə bitkilərində məhsulu tamam ilə məhv edə bilər. Kök sisteminə nüfuz edən nematodlar suyun və qida maddələrinin girişinə maneə törədir, bu hal məhsulun qismən və ya tam itkisinə səbəb olur.






Aqrobakterium
Kök sisteminin bakterial xərçəngi inkişafın erkən mərhələlərində bitkiləri yoluxdurur. Bağçılıq bitkiləri və istixana çiçəkli bitkilər üçün təhlükəlidir. Kök sistemini yoluxdurmaqla, aqrobakterium qida maddələrinin tam bloklanmasına və məhsulun tam və ya qismən məhvinə səbəb olur. Bu bakteriya bitkiyə müxtəlif yollarla daxil olur: torpaq və ya ting vasitəsilə. Əkin etməzdən əvvəl torpağın və bitkinin təmizliyini bilmək vacibdir.





