Şirkətimiz tərəfindən istənilən növ su nümunəsinin analizi yerinə yetirilir və analiz nəticəsi əsasında suvarma suyunun bitki yetişdiriciliyi üçün yararlılığı təyin edilir. Analiz nəticəsinə əsasən gübrələmə zamanı bitkiyə yararlı və ya yararsız elementlərin miqdarı və müxtəlif filtr sistemlərinin istifadəsi təyin olunur.

18 parametr üzrə paket analiz siyahısı:

 

pH, EC, NO3, NH4, PO4, K, Ca, Mg, Na, Cl, SO4, HCO3, Fe, B, Mn, Cu, Zn, Mo.

Digər parametrlər: ağır metallar, E-COLI, ümumi kaliform, RSC, SAR və s.

SU ANALİZİ

Şirkətimiz tərəfindən istənilən növ torpaq nümunəsinin analizi yerinə yetirilir və analiz nəticəsi əsasəında torpaq keyfiyyət qiymətləndirilməsi aparılır. Eyni zamanda bitki yetişdiriciliyi üçün yararlılığı təyin edilir. Analiz nəticəsinə əsasən müxtəlif bioloji və kimyəvi proseslərin aparılması məsləhət görülür. Torpaq bərpası planı hazırlanır və tətbiq olunur (sifariş və layihə üzrə).
 
20 çox parametr üzrə paket analiz siyahısı:
pH, EC, NO3, NH4, PO4, K, Ca, Mg, Na, Cl, SO4, HCO3, Fe, B, Mn, Cu, Zn, Mo, struktura analizi.

 

Digər parametrlər: SAR, CEC, ECS, infiltrasiya miqdarı, saturasiya faizi, azad su (available water), sahə tutumu (field capacity), solma nöqtəsi (PWP).

TORPAQ ANALİZİ

Hidroponik (torpaqsız əkin) yetişdiriciliyi zamanı bitki üçün optimal qida maddəsinin verilməsi önəmli faktorlardan biridir. Şirkətimiz tərəfindən aparılan bitki qida maddəsinin laborator analizi nəticəsində siz yetişdirdiyiniz bitkinin hazırkı vəziyyətini öyrənəcəksiniz. Eyni zamanda yetişdirilən bitkinin növündən və dövründən asılı olaraq onun üçün düzgün gübrə resepti tətbiq edirik. Bu hal sizi problemli nəticədən sığortalayaraq yüksək məhsuldarlıq və keyfiyyətli məhsul almağınızla nəticələnəcək.

 

18 parametr üzrə paket analiz siyahısı:

pH, EC, NO3, NH4, PO4, K, Ca, Mg, Na, Cl, SO4, HCO3, Fe, B, Mn, Cu, Zn, Mo.

DRİP VƏ DRENAJ (BİTKİ QİDA MADDƏSİNİN ANALİZİ)

Yetişdiricilik zamanı bitki keyfiyyətini qorumaq və bol məhsul almaq üçün istənilən istixana və açıq sahə yetişdiriciliyində əlavə gübrələmə prosesi aparılır. İndiki dövrdə gübrə istehsalçıları çoxdur. İstixanada istifadə olunan gübrə vasitələrinin keyfiyyətini öyrənmək önəmli faktorlardan biridir. Faiz dərəcəsi aşağı olan gübrə çatışmamazlığı ilə nəticələnə bilər və əksinə faiz dərəcəsi yüksək olan gübrə artıqlığı ilə nəticələnə bilər. Hər iki amil bitki keyfiyyətinə və kəmiyyətinə təsir göstərir. Bu hallardan siğortalanmaq üçün biz gübrə faiz dərəcəsinin təyinini aparırıq.

GÜBRƏ ANALİZİ

Verilən gübrə və şəraitin bitkiyə təsirini öyrənmək üçün bitki yarpağının analizi önəmli faktorlardan biridir. Bu tip informasiya - agronomları gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaq üçün bir vasitəsidir. Laboratoriyamızda bitki yarpaq və meyvəsinin analizi aparılaraq element çatışmamazlığı haqqında məsləhətlər verilir.

BİTKİ ANALİZİ

Son illərdə torpaq əkini ilə bərabər torpaqsız əkin yetişdiriciliyində virus və xəstəliklərin sürətli inkişafı var. Yetişdiricilik zamanı xəstəliklər istixana sahiblərinə ciddi maddi ziyan vurur. Xəstəliklə mübarizə ağır və ya heç mümkün olmur. Mübarizə vasitələrinin bahalı, həmçinin fungisid, pestisid və ya herbisid tərkibli olduğunu nəzərə alaraq bitki ekoloji təmiz məhsul olmur. Şirkətimiz tərəfindən pcr (polimerase chain reaction) prosesi metodu ilə dnt səviyyəsində bitkinin növündən və dövründən asılı olmayaraq istənilən xəstəlik növünü təyin edilir. Hər bir bitki üçün özünəməxsus paket analiz siyahısı mövcuddur və hər bir siyahıya 10-15 xəstəlik növü daxildir.
 
  • Virus xəstəlikləri
  • Bakterial xəstəliklər
  • Göbələk xəstəlikləri

XƏSTƏLİKLƏRİN TƏYİNİ