Torpaq ərazisinin laborator analiz nəticəsinə əsasən kimyəvi parametrlərin xəritəsi hazırlanır. Bu xəritə sistemi xarici ölkələrdə geniş istifadə olsada, azərbaycanda tam bir yenilikdir və bu yeniliyi sizlərə agriman consulting mmc şirkəti tərəfindən təqdim edilir. Xəritə gələcək əkin planı üçün əvəzolunmaz vasitədir. Bu vasitə köməyi ilə bitkinin planlı şəkildə hansı ərazidə əkilmə və maksimum məhsuldarlıq alma imkanları mümkündür.

Bizim davam etdiyimiz və bitirdiyimiz layihələr üzrə xəritələr təqdim edilmişdir.

Kimyəvi parametrlərin

cis xəritəsi

Torpaq infiltrasiya parametri önəmli faktorlardan biridir. Bitki tərəfindən mənimsənilən elementlər, torpağa keçən suyun miqdarından asılıdır. Şirkətimiz tərəfindən yerinə yetirilən analiz nəticəsində kumulyativ infiltrasiya koefisentini öyrənərək suvarma prosesinin planlaşdırılması və düzgün suvarılması mümkünatı yaranır.

infiltrasiya miqdarı

(su süzmə qabiliyyəti)

Dəqiq kənd təsərrüfatı texnoloji tətbiqlərindən istifadə edərək açıq sahə üçün ndvı xəritəsini hazırlayırıq. Bu xəritə kənd təsərrüfatı yetişdiricilik sahəsində tam yeni və əvəzolunmaz bir vasitədir. Əkində bitki inkişafını, yetişən və yetişməyən əraziləri kontrol etmək üçün ndvi xəritələmə sistemini tətbiq etmək mümkündür.
Yetişdiricilikdə bu yeni yanaşma vasitəsi ilə sizə dəyən ziyan və sahənizin problemləri haqqında əkin dövrünün əvvəlində biləcəksiniz və ön tədbirləri görərək maksimum gəlir əldə edəcəksiniz.

ndvi (normalized difference vegetation ındex)

Şirkətimiz tərəfindən qurulan və idarə edilən Badam bağı:

Ərazi: Ağsu rayonu

Sahəsi: 46 Hektar

Əkin sxemi: 5x3

Növü: Ferragnes Ferraduel

Əkildiyi tarix: 2021

Azərbaycanda 1300 hektara yaxın fındıq bağları, 300 hektara yaxın təzə meyvə sahəsi olan “Agrarco” MMC-nin 62 hektar meyvə bağının inkişafı “Agriman Consulting” MMC-yə həvalə edilmişdir. Şirkətin Vəlvələ 1, Vəlvələ 3 və Gədik ərzilərində alma, armud, şaftalı, nektarin və gilas yetiştirilir. Şirkətimiz tərəfindən zəruri laborator analizlər yerinə yetirilir və lazimi tədbirlər icra olunur.

Şirkətimiz tərəfindən konsultasiya həyata keçirilən istixanalardan biri Sabirabad rayonu ərazisində yerləşən, 3.2 hektar böyüklüyü olan Greener MMC  şirkətidir. İstixanada əsasən Pomidor bitkisi (Pink Champion) yetişdirilir. Bundan əlavə, ərazidə eksperimet kimi Badımcan (Darko) bitkisini də sınaqdan keçiririk.