Logo
Logo

Müasir Kənd Təsərrüfatı İlə Gələcəyə Doğru

Biz, Agriman Consulting komandası olaraq torpağı sevən, məhsuldarlığı önə çəkən və hər bir fermerin yanında olmağı özümüzə borc bilən bir ailəyik.
İnanırıq ki, aqrar sahənin inkişafı ölkənin sabitliyi və rifahı üçün təməl rol oynayır.

Əkin sahəsindən süfrəyə gedən yolda:

  • Sizə düzgün planlama,

  • Elmi əsaslı qərarlar,

  • Dövlət dəstəklərindən faydalanmaq imkanları,

  • Və ən əsası – dayanıqlı gəlir modelini yaratmaqda kömək edirik.

Çünki biz sizin torpağınıza dəyər veririk.
Çünki kənd varsa, sabah var.

About Us

_________

Biz Kimik

Agriman Consulting – bu günün və gələcəyin kənd təsərrüfatı üçün elmi əsaslı, mühəndislik yönümlü və nəticəyə fokuslanmış yanaşma təqdim edən ixtisaslaşmış şirkətdir. 2016-cı ildən etibarən biz fermerlərə, sahibkarlara və aqrar şirkətlərə texnologiya və dəqiq analizlər əsasında qurulmuş sistemli həllər təqdim edirik. Təsərrüfatlar inkişaf etməlidir – və biz bu inkişafın arxasında dayanan tərəfdaşıq.

About Us

_________

Biz Nə Edirik

Biz aqrar sahədə tam həcmli xidmətlər göstəririk:

  • Torpaq, su, yarpaq və gübrə analizləri – beynəlxalq standartlara uyğun, izahlı və tövsiyəli nəticələr.

  • Konsaltinq xidməti – məhsul seçimi, gübrələmə və suvarma proqramları, xəstəliklərə qarşı mübarizə və becərmə texnologiyaları.

  • İrriqasiya/Suvarma sistemlərinin layihələndirilməsi və qurulması – damlama, torpaqaltı, pivot və sprinkler sistemləri.

  • Gübrə və sertifikatlı tinglərin tədarükü – sahənin real ehtiyaclarına uyğun seçilir.

  • Torpaq alqı-satqısında hüquqi və texniki dəstək – çıxarışlı torpaqlar, infrastruktur və gələcək layihələndirmə.

About Us

_________

Niyə Biz

Agriman fərqi — sistem yanaşmasındadır. Layihələrimiz fərdi həllər əsasında qurulur və sahənin potensialını maksimum dərəcədə üzə çıxarır. Komandamızda aqronomlar, mühəndislər, kimyaçılar, xəritəçilər və layihə rəhbərləri çalışır. 250-dən çox uğurlu layihə və artan beynəlxalq əməkdaşlıqlar Agriman Consulting-in bu sahədəki mövqeyini təsdiqləyir.

2025-ci il üçün Əkin planlaşdırması